Makron Putinə zəng vurdu

21 Oktyabr 2019 22:13 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı olub.

“RİA Novosti” xəbər verir ki, telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə ediblər. Putin qeyd edib ki, Moskva Suriya məsələsində maraqlı tərəflər arasında təmasların qurulmasını asanlaşdırır.

Putinlə Makron “Normand dördlüyü” sammitini də də müzakirə ediblər.(qafqazinfo.az)

AzNews.az