44 yaşlı qadın 22-ci dəfə ana olacaq - FOTOLAR

21 Oktyabr 2019 23:50 (UTC+04:00)

Böyük Britaniyanın ən çoxuşaqlı anası Syu Redford 22-ci körpəsinə hamilədir.

İndiyədək bir daha ana olmayacağına azı 3 dəfə söz verən 44 yaşlı Syunun hesablamalarına görə oğlu dünyaya gələcək. Bununla da Syunun qızlarının və oğullarının sayı bərabərləşəcək.

Qeyd edək ki, Syu və Noel Redford çoxuşaqlılığa görə dövlətdən heç bir yardım almırlar. Onlar çörək bişirməklə gəlir əldə edirlər.(qafqazinfo.az)




AzNews.az