Türkiyə Superliqasının VIII turuna yekun vuruldu

22 Oktyabr 2019 08:49 (UTC+04:00)

Oktyabr 21-də futbol üzrə Türkiyə Superliqasının VIII turunun son oyununda “Yeni Malatyaspor” səfərdə “Konyaspor”un qonağı olub.

“Konya Böyük Şəhər” stadionunda baş tutan görüş hər iki tərəfin maraqlı oyunu ilə yadda qalıb. Qarşılaşmanın 1-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Sərkan Kırıntılı qırmızı vərəqə alaraq meydandan qovulub. Cəmi 3 dəqiqə sonra qonaqların yarımmüdafiəçisi Güilherme komandasını hesabda irəli keçirib. Birinci hissə elə bu hesabla bitib. Malatya təmsilçisi bir daha matçın 52-ci dəqiqəsində fərqlənib. Robin Yalçın oyunda son nöqtəni qoyub.

Beləliklə “Yeni Malatyaspor” səfərdə “Konyaspor”u 0:2 hesabı ilə məğlub edib.

VIII turun son oyunundan sonra turnir cədvəlində “Alanyaspor” 17 xalla liderdir. “Trabzonspor” çempionatda 15 xalla ikinci, “Fənərbağça” isə 14 xalla üçüncü pillədə qərarlaşıb.

AzNews.az