Kürdəmirdə yük avtomobili piyadanı vurdu

22 Oktyabr 2019 08:52 (UTC+04:00)

Kürdəmir rayonunda yük avtomobili piyadanı vurub.

Hadisə rayonun Vaqif prospektində qeydə alınıb.

Qasımov Firidun Mirzəhüseyn oğlu idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən rayon sakini, 1961-ci il təvəllüdlü Zeynalov Ağamirzə Mirzə oğlunu vurub.

Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

AzNews.az