Bu rayonlar işğaldan azad edilir? - Paşinyanın gizli müzakirəsi

22 Oktyabr 2019 09:56 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan terror qruplaşması sayılan Sasna Çrer liderləri ilə danışıqlar aparıb. Bu dəfə görüş tam konfidensial xarakter daşıyıb.

Ermənistanın 7or.am saytı bu gizli görüşlə bağlı bəzi sensasion bilgilər əldə etdiyini yayıb.

Belə ki, müzakirə olunan dörd mühüm məsələ arasında Dağlıq Qarabağ münaqişəsi də diskussiya obyekti olub:

“Paşinyan artıq Qarabağın bir hissəsinin boşaldılmasına söz verib. İndi müzakirə olunan məsələ məhz hansı rayonların qaytarılmasından gedir”.

Saytın əldə etdiyi digər məlumata görə, Ermənistan Gümrüdəki Rusiya bazasından da azad olmaq istəyir. (Axar.az)

AzNews.az