Türkiyədə FETÖ ilə əməkdaşlıq edən 60 nəfər ələ keçirildi

22 Oktyabr 2019 11:17 (UTC+04:00)

Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 60 nəfər saxlanılıb.

Əməliyyatlar ölkənin 27 şəhərində keçirilib. Saxlanılanların terror təşkilatında “məhrəm mollalıq” adı altında fəaliyyət göstərdikləri bildirilir.

Təşkilatın digər üzvlərinin saxlanılması istiqamətində araşdırmalar davam etdirilir.

AzNews.az