Sabah yağış yağacaq

18 May 2013 10:46 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın verdiyi xəbərə görə, mülayim-şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da mayın 19-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 13-18, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.

Qeyd edək ki, respublika ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti mayın 21-dək davam edəcək.

AzNews.az