Bakıda avtobus piyadanı vuraraq öldürdü

22 Oktyabr 2019 12:30 (UTC+04:00)

Bakıda avtobus piyadanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 21-də saat 7 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Hacıyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən paytaxt sakini Kəmalə Əliyevanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az