Bu gün qalib bəlli olacaq

18 May 2013 10:54 (UTC+04:00)



Bu gün İsveçin Malmö şəhərində "Malmö Arena"da "Eurovision 2013" mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək.

APA-nın İsveçə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycan təmsilçisi Fərd Məmmədov "Hold Me" adlı mahnı ilə 26 ölkə arasından 20-ci səhnəyə çıxacaq.

Ötən gün münsiflərin səsverməsi üçün əsas məşq keçirilib. Fərid Məmmədov uğurla məşqdə çıxış edib.

Qeyd edək ki, final mərhələsi Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.

Püşkatmanın nəticələrinə əsasən, finalda iştirak edəcək ölkələrin ardıcıllığı belədir:


1. Fransa

2. Litva

3. Moldova

4. Finlandiya

5. İspaniya

6. Belçika

7. Estoniya

8. Belarus

9. Malta

10. Rusiya

11. Almaniya

12. Ermənistan

13. Hollandiya

14. Rumıniya

15. Böyük Britaniya

16. İsveç

17. Macarıstan

18. Danimarka

19. İslandiya

20. Azərbaycan

21. Yunanıstan

22. Ukrayna

23. İtaliya

24. Norveç

25. Gürcüstan

26. İrlandiya

AzNews.az