İranın Rusiyadakı səfirinin qızı intihar edib

22 Oktyabr 2019 13:08 (UTC+04:00)

İranın Rusiyadakı səfirinin qızı Arifeh Sənai intihar edib.

“Ren TV” xəbər verir ki, 28 yaşlı qız Moskvada qaldıqları mənzilin pəncərəsindən özünü atıb.

Mərhumənin İranda mütəmadi psixoloq-həkim tərəfindən müayinə olunduğu, dərman qəbul etdiyi bildirilir. (report)

AzNews.az