Qusarda bədbəxt hadisə - 32 yaşlı kişi dağda yıxılıb

22 Oktyabr 2019 13:51 (UTC+04:00)

Qusar rayonunda bədbəxt hadisə baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Qusar rayonunun Quxur kəndindəki dağ massivində 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlu hündürlükdən yıxılaraq dərəyə düşüb.

Hadisə yerinə nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bahar RÜSTƏMLİ

AzNews.az