Gələn il üçün ehtiyac meyarının məbləği məlum oldu

22 Oktyabr 2019 15:24 (UTC+04:00)

Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub.

Bu, büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur. (APA)

AzNews.az