Keçmiş amerikalı prezident xəstəxanalıq oldu

22 Oktyabr 2019 19:10 (UTC+04:00)

ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib.

95 yaşlı Karter Corciya ştatındakı evində yıxılaraq çanaq sümüyünü sındırıb.

Keçmiş prezidentin nümayəndəsi bildirib ki, sınıq o qədər də həyati əhəmiyyətli təhlükə daşımır.

Qeyd edək ki, Cimmi Karter son yarım il ərzində artıq üçüncü dəfədir yıxılır. O, yaz aylarında hətta omba əməliyyatı keçirib.(qafqazinfo.az)

AzNews.az