Otlaq sahəsi üstündə atışma - 5 nəfər canından oldu

22 Oktyabr 2019 19:55 (UTC+04:00)

Rusiyanın Rostov vilayətinin Orlovsk rayonunda atışma olub.

“RİA Novosti” xəbər verir ki, yerli sakinlər arasında otlaq sahələri üstündə başlayan mübahisə ölümlə nəticələnib.

Ov silahından edilən atəş nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis hadisə yerində araşdırma aparır.(qafqazinfo.az)

AzNews.az