Goranboyda ağır qəza - Ər-arvad xəstəxanalıq oldu

22 Oktyabr 2019 21:08 (UTC+04:00)

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəliməmmədli kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan avtomobilin qəzaya uğraması nəticəsində sürücü, 1995-ci il təvəllüdlü Hüseynov Xəyal Nəsib oğlu və onun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Hüseynova Gündüz Vüqar qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

AzNews.az