Sərxoş oğul 83 yaşlı anasını döydü

22 Oktyabr 2019 21:42 (UTC+04:00)

Qaxda sərxoş şəxs​ 83 yaşlı anasını döyüb.

Rayonun Qaşqaçay kənd sakini Rəcəbov Möhsün Xaləddin oğlu 1936-cı il təvəllüdlü Nənə İdris qızı Rəcəbovanı döyüb. O, bədənin küt travması və başın arxa hissəsinin kəsilmiş yarası ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanada müayinə zamanı 83 yaşlı N. Rəcəbovanı yaşadığı ünvanda sərxoş oğlu tərəfindən döyüldüyü məlum olub. Hazırda xəstəxananın​ cərrahiyyə şöbəsində N. Rəcəbovanın müayinəsi aparılır.

Anasını döyən sərxoş övlad Qax rayon polis Əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

AzNews.az