40 yaşlı kişi 9-cu mərtəbədən yıxıldı

22 Oktyabr 2019 22:32 (UTC+04:00)

Bakıda bədbəxt hadisə baş verib.

Hadisə Səbail rayonu, Gülbala Əliyev 9 ünvanında qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Novruzov Ramin Fazil oğlu yeni tikilən hündürmərtəbəli binadan yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması və sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub. Yaralı reanimasiyaya yerləşdirilib.(report.az)

AzNews.az