“Biz Türkiyə ilə vuruşa hazırlaşmırıq” - Pentaqon rəhbəri

22 Oktyabr 2019 22:57 (UTC+04:00)

Pentaqon rəhbəri Mark Esper Türkiyə ilə hərbi münaqişəni istisna edib.

Bu barədə CNN xəbər verir.

"Türkiyə NATO üzrə uzunmüddətli partnyordur. Biz Türkiyə ilə vuruşa hazırlaşmırıq", - deyə o, CNN telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, bundan əvvəl də ABŞ-ın müdafiə naziri bildirib ki, NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.

"Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə – bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil", - Pentaqon başçısı deyib.

Daha əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, Tramp ehtiyac olduğu halda Türkiyəyə qarşı hərbi hərəkətlərə hazırdır, amma Vaşinqton "dünyada sülh"ə üstünlük verir.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyada PKK/YPG terrorçularına qarşı "Barış pınarı" antiterror əməliyyatına başlayıb.(report.az)

AzNews.az