Bakıda binanın girişində yeni doğulmuş uşaq tapıldı

22 Oktyabr 2019 23:35 (UTC+04:00)

Qaradağ rayonunun Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi 2-də yerləşən 7 saylı yataqxananın girişində yeni doğulmuş oğlan uşağı tapılıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları körpəni Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Araşdırmalar aparılır.(apa.az)

AzNews.az