Opera və Balet Teatrında "Sevil" operası nümayiş olunacaq

23 Oktyabr 2019 09:58 (UTC+04:00)

Azərbaycan Dövlət Opera və Balet Teatrında Çəfər Cabbarlının “Sevil” operası nümayiş ediləcək.

AzNews.az xəbər verir ki, tamaşa yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr edilib. Görkəmli bəstəkar Fikrət Əmirovun qələmə aldığı eyniadlı opera oktyabrın 27-də nümayiş olunacaq.

C.Cabbarlının xatirəsinə həsr olunmuş tamaşada əsas rollarda Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər İlahə Əfəndiyeva, İnarə Babayeva, Səbinə Vahabzadə, Cahangir Qurbanov, Əliəhməd İbrahimov və Tural Ağasıyev çıxış edəcək.

Opera dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov tərəfindən idarə olunacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az