Tailand kralı Maha Vajiralongkorn dördüncü arvadı Suthida Vajiralongkornu "kraliça" elan etdikdən iki ay sonra "kralın nəcib arvadı" titulunu verdiyi həyat yoldaşı Sineenat Vongvajirapakdinin general rütbəsini və titulunu geri alıb.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, kral sarayı buna səbəb olaraq Sineenat Vongvajirapakdinin “istəklərini, sosial statusunu və hörmətsizliyini” göstərib.
Səidə Vahid
AzNews.az