İsa Həbibbəyli: Akif Əlizadənin istefa ərizəsi qəbul olunub

23 Oktyabr 2019 10:31 (UTC+04:00)

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin istefa ərizəsi artıq qəbul olunub”.

Bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Bu gün AMEA prezidenti vəzifəsinə seçkilərin keçiriləcəyini vurğulayan İ. Həbibbəyli qeyd edib ki, prezidentliyə namizədlərlə bağlı onda hər hansı məlumat yoxdur: “Rəyasət Heyəti kollegial orqandır, yəqin ki, gün ərzində prezidentliyə namizədlər müəyyən olunacaq və seçkilər keçiriləcək”.

Qeyd edək ki, AMEA prezidenti Akif Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi yazıb. (APA)

AzNews.az