Əsəd İdlib şəhərinin sərhədinə getdi

23 Oktyabr 2019 10:47 (UTC+04:00)

Dünən Türkiyə və Rusiya liderləri Soçidə razılaşma imzaladı.

AzNews.az xəbər verir ki, razılaşmanın ardınca Suriya prezidenti Bəşər Əsəd müxaliflərin nəzarətində olan İdlib şəhərinin sərhədinə gedib.

Xatırladaq ki, o, avqust ayında da suriyalı müxaliflərdən alınan Hobeytə getmişdi. Orada İdlibdəki müharibənin Suriyadakı xaosa son verəcəyini demişdi.

Təxminən 3 milyon insanın yaşadığı İdlib bölgəsi Əsəd rejimi tərəfindən 5 ay ərzində bombardman edilib, nəticədə yüzlərlə insan həlak olub.

Türkiyənin Rusiya ilə birgə fəaliyyəti nəticəsində 31 avqustda atəşkəs elan edilib.

Pərvanə

AzNews.az