YPG geri çəkilməsə, Türkiyə ordusu tərəfindən məhv ediləcək - Rusiya

23 Oktyabr 2019 11:22 (UTC+04:00)

Türkiyə və Rusiyanın Suriyada keçirilən əməliyyatla bağlı əldə etdiyi Soçi razılaşmasından sonra bu gün Kremldən yeni açıqlamalar gəlib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Moskva terror təşkilatı YPG-nin Türkiyə sərhədindən çəkilməyəcəyi təqdirdə Türk ordusu tərəfindən əziləcəyini deyib.

Kreml həmçinin bildirib ki, ABŞ-ın “xəyanət etdiyi” YPG tərəfdarları sərhədə yaxın yerdə toplaşaraq Türkiyə ordusuna qarşı döyüşəcəklərini bəyan ediblər.

Səidə Vahid

AzNews.az