Bakı sakini tapançasını polisə təhvil verdi

23 Oktyabr 2019 12:46 (UTC+04:00)

Bakıda qanunsuz silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat ximdətindən verilən məlumata görə, polis əməkdaşlarının apardıları profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini R.Quliyev 1 ədəd nömrəsi silinmiş “Browning” markalı tapançanı, 2 ədəd patronu və 1 ədəd patron darağını könüllü olaraq Xəzər Rayon Polis İdarəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az