ABŞ-lı nazir Tramp üçün Allaha dua etdi

23 Oktyabr 2019 15:09 (UTC+04:00)

ABŞ-ın tikinti və şəhərsalma naziri Ben Karson Ağ Evdə təşkil olunan iclasa bu dəfə həmişəkindən fərqli başlayıb.

AzNews.az xəbər verir ki, prezidentə yaxınlığı ilə tanınan nazir iclas iştirakçıları yerlərini aldıqdan sonra Trampa dua edib.

O, duasına ABŞ-a verilən nemətlər üçün təşəkkür edərək başlayıb. Bu "nemətlər"ə Trampı da əlavə edib:

"Allahım, sənə tənqidi böyük cəsarətlə qarşılayan prezident Tramp üçün təşəkkür edirik".

Pərvanə

AzNews.az