Vergilər Nazirliyi ləğv edildi - İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildi

23 Oktyabr 2019 15:06 (UTC+04:00)

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəisi Zahid İsayev işdən azad edilmiş sayılır.

AzNews.az