Suriya ilə sərhədə gəlin, orda görüşək - Ərdoğan Conson, Merkel və Makrona səsləndi

23 Oktyabr 2019 15:58 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Britaniyanın baş naziri Boris Conson, Almaniya kansleri Angela Merkel və Fransanın prezidenti Emmanuel Makrona İstanbulda və ya Suriya ilə sərhəddə yerləşən Şanlıurfa və Qaziantep şəhərlərində görüşməyi təklif edib.

RİA “Novosti”yə istinadən xəbər verilir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

“İki gün əvvəl Boris Conson mənə zəng edib Merkel və Makronla birlikdə Londonda görüşməyi təklif etdi. Cavab olaraq dedim ki, ən yaxşısı İstanbulda, yaxud sərhədə yaxın Şanlıurfa və ya Qaziantepdə görüşək”, - deyə Türkiyə prezidenti qeyd edib.

Onun sözlərinə görə, həmkarları Türkiyədə görüşdən imtina etsələr, onda belə bir görüş dekabrın 3-4-də Londonda NATO-nun sammiti zamanı keçirilə bilər. (Report)

AzNews.az