Kobaniyə girdik, YPG bölgədən çıxarılacaq! - Rusiya açıqladı

23 Oktyabr 2019 16:07 (UTC+04:00)

"Rus hərbi polisi Suriyanın şimalında yerləşən Kobaniyə daxil oldu. YPG silahları ilə birlikdə çıxarılacaq".

AzNews.az TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Rus hərbi polisinin Suriya-Türkiyə sərhədindən 30 kilometr içərilərdəki YPG terroristlərinin çəkilməsinə kömək edəcəyi deyilir.

Suriyanın Türkiyə sərhədində 15 sərhəd polis məntəqəsi yaradacağı açıqlanıb.

Pərvanə

AzNews.az