Akif Əlizadənin yerinə seçki keçirilir

23 Oktyabr 2019 16:08 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı başlayıb.

Ümumi yığıncaqda AMEA prezidenti vəzifəsinə seçki keçirilir.

Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatlarının direktorları iştirak edirlər.

Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi yazıb.

AzNews.az