Ramiz Mehdiyev AMEA-nın prezidenti olacaq - Namizədliyi irəli sürüldü

23 Oktyabr 2019 16:59 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı başlayıb.

Ümumi yığıncaqda akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA rəhbərliyi iştirak edirlər.

Ümumi yığıncaqda AMEA prezidenti vəzifəsinə seçki keçirilir.

Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.

Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi yazıb.

AzNews.az