Azərbaycan millisi Moldovaya qalib gəldi

23 Oktyabr 2019 18:30 (UTC+04:00)

Moldovada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Milli Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Futbolçularımız 2:0 hesablı qələbə qazanıb. Qolları Amin Qarayev və Ayxan Süleymanlı vurub.

Qeyd edək ki, oktyabrın 25-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.(apa.az)

AzNews.az