Əfqanıstanın XİN başçısı istefa verdi

23 Oktyabr 2019 19:20 (UTC+04:00)

Əfqanıstanın xarici işlər naziri Salahuddin Rəbbani istefa verib.

Məlumatı RİA "Novosti" yayıb.

Bildirilib ki, nazir ölkə prezidenti Əşrəf Qəniyə ünvanladığı ərizədə Xarici İşlər Nazirliyinə ikinci dərəcəli rol ayırılmasına, ona Qeyri-Hökumət Təşkilatının sədri kimi münasibət göstərilməsinə etiraz olaraq istefa verdiyini vurğulayıb.

Qeyd edək ki, S.Rəbbani İslam Cəmaəti Partiyasının lideri Bürhanəddi Rəbbaninin oğludur. O, 1971-ci ildə Kabulda anadan olub. 2011-2012-ci illərdə Əfqanıstanın Türkiyədəki səfiri olub. 2015-ci il fevralın 1-dən isə ölkəsinin xarici işlər naziridir.(report.az)

AzNews.az