Suriya Milli Ordusunun 4 döyüşçüsü həlak oldu

23 Oktyabr 2019 19:33 (UTC+04:00)

Suriyanın Hələb şəhərinin Azez rayonuna terrorçu PKK/YPG-PYD-nin hücumu nəticəsində Suriya Milli Ordusunun 4 döyüşçüsü şəhid olub, 7-si yaralanıb.

Məlumatı “AHaber” yayıb.

Bildirilib ki, hadisə Türkiyənin Kilis rayonu ilə sərhəddə yerləşən Suriyanın Azez şəhərində baş verib. Terrorçular işğal altında saxladıqları Tel Rıfatdan Azezin cənubundakı Kafar Kalbin və Kafarkaşer rayonlarına keçiblər.(report.az)

AzNews.az