Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar rəsmən dayandırıldı

23 Oktyabr 2019 20:34 (UTC+04:00)

"Türkiyəyə qarşı sanksiyaların dayandırılması barədə təlimat verdim".

AzNews.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

"Türkiyə-Suriya sərhəddində atəşkəsə əməl edilir.

Bunun daimi olacağına inanmaq istəyirəm.

Türkiyəyə tətbiq edilməsi nəzərdə tutulan sanksiyaların dayandırılması barədə göstəriş verdim.

Suriya neftini təminat altına almışıq, bölgədə əsgərlərimiz var.

Başqa ölkələrin Türkiyə-Suriya arasındakı problemin həllinə kömək etməsini məmnuniyyətlə qarşılayırıq".

ABŞ-ın Xəzinə Nazirliyindən sanksiyalar barədə verilən açıqlamaya görə, Türkiyəyə 14 oktyabrda tətbiq edilən sanksiyalar rəsmən dayandırıldı.

Pərvanə

AzNews.az