İnstaqram bu filtri ləğv edir

23 Oktyabr 2019 21:25 (UTC+04:00)

Instagram sosial şəbəkəsi plastik cərrahiyyə funksiyası daşıyan bütün filtrləri silmək qərarına gəlib.

“BBC” xəbər verir ki, dodaqları şişirdən və üzü dartan, insanları tanınmaz dərəcədə dəyişən filtrlər bundan sonra qadağan olunacaq. Buna səbəb isə həmin maskalar üzündən insanların xarici görünüşlərinə görə özlərini narahat hiss etmələridir.

Filtrlər bundan sonra yalnız “pozitiv təcrübələr” üçün tətbiq ediləcək. İstifadəçilərin üzünü dəyişən filtrlərin nə vaxtdan yığışdırılacağı hələlik bilinmir.(qafqazinfo.az)

AzNews.az