Millimiz Moldovaya qalib gəldi

23 Oktyabr 2019 22:03 (UTC+04:00)

2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.

Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Moldova ilə qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən görüş millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin yer aldığı qrupun digər oyununda bu gün Slovakiya Monteneqro ilə qarşılaşıb və 5:0 hesabıyla qalib gəlib.

DÇ-2020-nin əsas mərhələsi
23 oktyabr

Azərbaycan – Moldova 3:1

Qol: T.M.Tyaqo, 11:32; 34:40. Vassura, 32:49 - A.Luşka, 07:15.
Qırmızı vərəqə: İ.Atayev, 23:34.
Hakimlər: Andrey Çerni (Çexiya), İngus Purinş (Latviya), İngo Heemsot (Almaniya)
Hakim-inspektor: Qalan Nyeto Pedro Anxel (İspaniya)
UEFA nümayəndəsi: Assem Kujanova (Qazaxıstan).(qafqazinfo.az)

AzNews.az