Bakıda maşınla vurulan qadının ayaqları sındı

24 Oktyabr 2019 00:00 (UTC+04:00)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi Naxçıvanski küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1986-cil il təvəllüdlü Paşayeva Ülviyyə Tahir qızını maşın vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona hər iki baldır sümüklərinin sınığı diaqnozu qoyulub.(report.az)

AzNews.az