Meksikada təyyarə qəzaya uğradı - ölənlər var

24 Oktyabr 2019 08:30 (UTC+04:00)

Meksikanın paytaxtı Mexikodan qərbdə yerləşən Miçoakan ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub.

Bu barədə ştatın prokurorluğu “Twitter” səhifəsində məlumat yayıb.

Məlumatda prokurorluğun əməkdaşlarının Madero bələdiyyəsində, Las-Xuntas ətrafında qəzanın səbəblərini araşdırdığı bildirilir.

AzNews.az