Messi Ronaldu və Raulun rekordunu təkrarladı

24 Oktyabr 2019 08:55 (UTC+04:00)

İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasında 33 fərqli kluba qol vurub.

Bu barədə “Gracenote Live” məlumat yayıb.

Argentinalı futbolçu 33-cü qolu UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turunda “Slaviya” ilə oyunda (2: 1) vurub.

Beləliklə, Messi “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu və “Real”ın sabiq hücumçusu Raulun rekordunu təkrarlayıb.

Çempionlar Liqasının bu mövsümündə Lionel Messi 3 oyunda 1 qol vurub. (Report)

AzNews.az