Opera və Balet Teatrında "Vaqif"ə baxacaqlar

24 Oktyabr 2019 10:09 (UTC+04:00)

Opera və Balet Teatrında “Vaqif” operası nümayiş ediləcək.

AzNews.az xəbər verir ki, Xalq artisti, bəstəkar Ramiz Mustafayevin “Vaqif” operasında əsas partiya - şair Vaqifin obrazını əməkdar artist Ramil Qasımov ifa edəcək. Noyabrın 6-da baş tutacaq tamaşa əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

R.Qasımovla yanaşı, səhnə əsərində, həmçinin xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, əməkdar artistlər Fəridə Məmmədova, Fərid Əliyev, Cahangir Qurbanov, Tural Ağasıyev, solistlərdən beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev, Nina Makarova və başqaları çıxış edəcəklər.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı, əməkdar mədəniyyət işçisi Yusif Babayev, konsertmeysteri Aysel Məlikovadır.

Bahar RÜSTƏMLİ

AzNews.az