İran prezidenti Azərbaycana gəlib

24 Oktyabr 2019 13:30 (UTC+04:00)

İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri başlayıb.

Dövlət başçısı oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə görüşündə iştirak edəcək.

Xatırladaq ki, bu sammitdə təşkilata sədrlik üçillik müddətə Azərbaycana keçəcək.

AzNews.az