Moskvada atəş açan 5 azərbaycanlı saxlanıldı

18 May 2013 19:44 (UTC+04:00)
Moskvanın cənubunda avtomobildən havaya atəş açan azərbaycanlılar saxlanılıb.


APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, saat 17.00 radələrində Yasenevo küçəsindən keçən "Porsche Cayenne" və "Volkswagen Multivan" markalı avtomobildən atəş açıldığı haqqında polisə məlumat daxil olub.

Keçirilmiş əməliyyat nəticəsində 5 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq, Orexovo-Borisovo Severnoye daxili işlər şöbəsinə aparılıb. Məlumata görə, onların üzərinə baxış zamanı bir ədəd start tapançası aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

AzNews.az