“Səsvermə zamanı demək olar ki, ölmüşdüm“ - FOTO

19 May 2013 07:36 (UTC+04:00)
"Əlbəttə, mən mahnıma inanırdım. Amma "Eurovision"da nə baş verəcəyini heç vaxt bilmirsən. Məni qalib elan edəndə şok oldum. Bu gün mən Yerin ən xoşbəxt qızıyam" - deyir Emile de Forest.


ANS PRESS-in məlumatına görə, danimarkalı müğənni Emile de Forest İsveçin Malmö şəhərində keçirilən "Eurovision 2013"ün finalında "Only Teardrops" mahnısını ifa etdi. Tamaşaçıların səsverməsi və münsiflər heyətinin qərarı ilə 281 xal yığaraq birinci yerib tutdu.

"Eurovision 2013" mahnı müsabiqəsinin qalibi Emile hesab edir ki, öz arzularına inanmaq lazımdır və qorxularına baxmayaraq onun həyata keçməsinə cəhd etmək lazımdır.

Danimarkalı ifaçı finaldan dərhal sonra keçirilən mətbuat konfransında bu sözləri dedi: "Mən musiqi ilə 14 yaşımdan ciddi məşğul olmağa başlamışam. Eyni zamanda həmişə festivallara və müsabiqələrə iştirakım üçün ərizə göndərirdim və dəfələrlə "yox" cavabı almışam. Bir sözlə, inamını itirmək lazım deyil. Cəhdləri davam etdirmək və heç nədən qorxmaq lazım deyil."

Bukmekerlər yekdilliklə onun birinci olacağını proqnoz etmələrinə baxmayaraq, müğənni son anadək öz qələbəsinə inanmadığını qeyd edib. "Əlbətdə, mən öz mahnıma çox inanırdım. Amma "Eurovision"da nə baş verəcəyini heç vaxt bilmirsən. Səsvermə zamanı demək olar ki, ölmüşdüm. Və, haçan ki, mənim qalib olduğumu elan etdilər, bu həqiqətən də şok idi." - deyən de Forest "Bu gün mən Yer üzünün ən xoşbəxt qızıyam" - deyə əlavə edib.

Emmile de Forest ən ciddi rəqiblərinin Norveç, Ukrayna, Azərbaycan və İsveç təmsilçilərinin olduğunu açıqlayıb.

Mətbuat konfransında Emilie de Frestə müsabiqənin ən əsas prizi olan büllur mikrafon təqdim edilib.

AzNews.az