Bakıda Beynəlxalq Caz Festivalı davam edir

26 Oktyabr 2019 22:11 (UTC+04:00)

Oktyabrın 26-da Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “Rotunda Jazz Club”da Azərbaycandan olan duetin - Tural Rafael və Sultan Hüseynin konserti təşkil edilib. Musiqiçilər populyar caz-hitləri və müəllif kompozisiyalarını ifa ediblər.

Hər il təşkil olunan Bakı Caz Festivalı bu il oktyabrın 18-27-dək keçirilir. Festivalda Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Braziliya və Çin təmsilçiləri iştirak edirlər. Festival çərçivəsində bir sıra konsertlər, ustad dərsləri, kino nümayişləri və s. təşkil olunub. Festivalın bədii rəhbəri – tanınmış caz saksofonçusu, Azərbaycanın Əməkdar artisti Rain Sultanovdur.

AzNews.az

​