Mikayıl Cabbarov İqtisadiyyat nazirliyinin kollektivinə təqdim olundu

28 Oktyabr 2019 11:28 (UTC+04:00)

Azərbaycanda yeni təyin olunmuş İqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin kollektivinə təqdim olunub.

Yeni naziri kollektivə Azərbaycanın Baş naziri Əli Əsədov təqdim edib.

Qeyd edək ki, oktyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov Vergilər naziri vəzifəsindən azad edilərək İqtisadiyyat naziri təyin olunub.

AzNews.az