Bakıda zəncirvari qəza: xəsarət alan var

19 May 2013 09:49 (UTC+04:00)
Bu gün Nəsib Bəy Yusifbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yol qəzası baş verib.


Avtomobillərdən birinin yüksək sürətlə idarə olunması zəncirvari qəzaya səbə olub. Hadisə yerində olan Xəzər tv-nin əməkdaşının verdiyi məlumata görə, hadisəni törədən sürücü qaçıb. Qəza nəticəsində 1 nəfər xəsarət alıb. Avtomobillərə isə ciddi ziyan dəyib.

AzNews.az