Hakerlər bu prezidentin saytını dağıtdılar

28 Oktyabr 2019 14:00 (UTC+04:00)

Gürcüstanın Prezident Administrasiyasının rəsmi www.president.gov.ge saytına kiber hücumu olub.

Saytda sabiq prezident Mixeil Saakaşvilinin fotosu və "Mən qayıdacağam" sözləri yerləşdirilib.

Hazırda sayta giriş mümkün deyil.

Bu cür haker hücumunun bir neçə sayta edildiyi barədə məlumatlar yayılıb. (report)

AzNews.az