"Azdrama"ya gələnlər "12-ci gecə"yə baxacaq

28 Oktyabr 2019 15:07 (UTC+04:00)

Akademik Milli Dram Teatrında yeni tamaşa hazırlanır.

AzNews.az xəbər verir ki, teatr Uilyam Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya müraciət edib.

Səhnə əsərinin quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, videovizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.

Tamaşada rolları əməkdar artistlər Elşən Rüstəmov, Anar Heybətov, Ayşad Məmmədov, Aslan Şirin, Məsmə Aslanqızı, aktyorlar Elnar Qarayev və Vüsal Məmmədov, Ziya Ağa, Vüsal Mustafayev və Rəşad Bəxtiyarov və başqaları canlandıracaq.

Bahar RÜSTƏMLİ

AzNews.az