Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri hazırlanır.
AzNews.az xəbər verir ki, kollektiv bu dəfə ingilis nağıllarının motivləri əsasında uşaqlar üçün “Şən Elf və cadugər” tamaşasını təqdum edəcək.
Əsərin quruluşçu rejissoru, rus dilindən tərcümə edən və səhnələşdirəni gənc və istedadlı aktrisa Ayla Osmanovadır.
Səhnə əsərinin quruluşçu rəssamı Nisə Qələmova, musiqi tərtibatçısı Zaur Rəşidov, plastik həlli isə Ceyhun Dadaşova aiddir. Səhnə əsərində teatrın istedadlı aktrisaları Səbinə Məmmədova, Təhminə Məmmədova, Hökümə Rəhimzadə, Nuranə Hüseynova, İlahə Əmirxanova, aktyorlar Nurlan Süleymanlı və İmran Qurbanov rol alıblar.
Qeyd edək ki, yeni tamaşa dekabr ayında təhvil veriləcək.
Bahar RÜSTƏMLİ
AzNews.az